Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Viktoriya" (Plzen) matçından öncə qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı tədbirlər görülməkdədir.
Offsideplus.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.
Daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbir görülüb. Keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, həmin şəxslərin biri biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokollar tərtib olunub.