Serbiya millisinin və Niderlandın "Ayaks" klubunun kapitanı Duşan Tadiç naməlum şəxslərin hücumuna məruz qalıb.
Offsideplus.az xəbər verir ki, hadisə 33 yaşlı yarımmüdafiəçinin evinin qarşısında baş verib.
Təcrübəli oyunçu avtomobilini park edərkən iki nəfərin onu izlədiyini görüb. Bu vəziyyətdən şübhələnən futbolçu maşından düşüb dərhal evə doğru qaçsa da, yarımmüdafiəçi evə daxil olmadan giriş qapısında tanımadığı şəxslərlə əlbəyaxa olub. Cinayətkarların əlindən xilas olan oyunçu yaxınlıqdakı hotellərdən birinə sığınıb. Həmin naməlum şəxslər isə qaçmağa nail olub.
Tadiç hadisə nəticəsində ciddi xəsarət almayıb. Məsələ ilə bağlı cinayət işi açılıb.