"Adidas" şirkəti Rusiya Futbol İttifaqı ilə əməkdaşlığa xitam verib.
Offsideplus.az xəbər verir ki, Almaniya şirkəti Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə belə qərar verib.
Qeyd edək ki, tərəflər 2008-ci ildən əməkdaşlıq edirdi. Rusiya millisini formalarla təmin edən məşhur idman brendi ilə müqavilə ötən yay 2026-cı ilə qədər uzadılmışdı.