Tanınmış belçikalı kikboksçu Frederik Sinistra koronavirusdan dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.