Fransa millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Patris Evra maraqlı açıqlama ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu 2008-ci ildə Çempionlar Liqasını qazanarkən, paltardəyişmə otağında olan hadisələri və zarafatları canlı tutmaq üçün Ronaldonun və Runinin də olduğu "Whatsapp" qrupu açdıqlarını deyib:
İki dəqiqədən bir zarafatlaşırıq.Bir çox oyunçu karyerasını bitirdikdən sonra darıxdığı şey paltardəyişmə otaqıdır.Şanslıyıq. Belə bir "Whatsapp" qrupumuz var".
Xatırladaq ki, "qırmızı şeytanlar" 2008-ci ildə "Çelsi"ni məğlub edərək Çempionlar Liqasının qalibi olmuşdur.