Azərbaycan MDB ölkələrinin II Oyunlarına namizədliyini rəsmən irəli sürüb.

Offsideplus.az-ın məlumatına görə, bu barədə MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Şurasının iclasında Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov açıqlama verib. Novruzov son zamanlar Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, II MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.

Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.