"Roma" və "Portu" komandaları arasında keçirilən yoldaşlıq matçı gərgin anlarla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, Pepe və Henrik Mxitaryan arasında dava düşüb. 38 yaşlı portuqaliyalı erməni futbolçuya qarşı kobudluq edərək onu yıxıb. Bundan sonra Mxitaryan Pepeni vurmağa çalışıb. Digər futbolçular və klub rəsmiləri tərəfindən ara sakitləşdirilib.
"Canavarlar"ın baş məşqçisi Joze Mourinyo isə baş verənləri izləyib və müdaxilə etməyib. Portuqaliyalı mütəxəssis "Real" və "Mançester Yunayted"də hər iki futbolçunun baş məşqçisi olub.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Davanın görüntülərini təqdim edirik: