Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın kişi və qadın bayraqdarları bəlli olub.
Offsideplus.az xəbər verir ki, cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova iyulun 23-də baş tutacaq açılış mərasimində üçrəngli bayrağımızı daşıyacaq. Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.