Tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini artırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində paylaşım edən olimpiya mükafatçısı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən "Baş Leytenant" hərbi rütbəsinə layiq görülüb.
Orucov "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunub.
Qeyd edək ki, karate üzrə Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Abıyeva da kapitan rütbəsi alıb.