Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunur, açıq havada maskanın taxılması tələbi ləğv olunur.

Offsideplus.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həmin tarixdən regionlara nəqliyyatın fəaliyyəti də bərpa ediləcək.