Serbiya millisi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəyi matçdan əvvəl Bakıda gəzintiyə çıxıb.

Offsideplus.az Draqan Stoykoviçin baş məşqçi olduğu komanda günorta yeməyindən sonra Xəzər dənizinin sahilində olub. Yüksək əhval-ruhiyyədə olan futbolçular fitness məşqçisi Katsuşita Kinoşinin rəhbərliyi altında Milli Xalça Muzeyinin qarşısında məşq ediblər.

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.