Ad günündə Uruqvayda çayı keçməyə çalışan “Vilyareal”ın sabiq futbolçusu Franko Akosta nın ölü bədəni tapılıb.

Offsideplus.az xəbər verir ki, martın 6-da səhər saatlarında qardaşı ilə birlikdə ölkəsi Uruqvayda çaydan keçmək istəyən Akosta yoxa çıxıb. İki gündən sonra isə Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun bədənini aşkarlayıblar. 

Qeyd edək ki, 2015-ci ildən keçən ilə qədər "Vilyarreal"ın B komandasında oynayan Franko Akostanın son klubu Uruqvayın “Atletiko” komandası olub.