Mütləq döyüş çempionu Həbib Nurmaqomedov uşaqlığında futbolçu olmaq istədiyini açıqlayıb.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dağıstanlı döyüşçü futbolçu olmaq üçün "Yuventus"un ulduzu Kriştiano Ronaldo ilə görüşüb.
"Peşəkar futbolçu olmaq mənim uşaqlıq xəyalımdır. Futbol bütün idmanların kralıdır. Bunun üçün kimlərlə danışmadım ki! Bunu necə edə bilərəm deyə, Kriştiano Ronaldo, PSJ baş məşqçisi Əl-Xəlafi və UEFA-nın prezidenti Çeferin ilə söhbət etdim".
Nurmaqomedov ən sevdiyi klubun İspaniya "Real"ı olduğunu qeyd edib.