AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Rövnəq Abdullayev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.
Qeyd edək ki, hazırda Doha şəhərində FIFA Klublararası Dünya Kuboku-2020 turniri keçirilir.