Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son on ildə dünyanın ən çox qol vuran müdafiəçilərinin reytinqini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, reytinqə "Real"ın və İspaniya millisinin futbolçusu Serxio Ramos başçılıq edir. O, son 10 ildə klubda 71, yığma komandada 18 qol (ümumilikdə 89 qol) vurub.

İkinci yeri 78 qol vuran qibraltariyalı futbolçu Josef Çipolina tutur. Üçüncü sırada 73 qol vuran kosta rikalı Keylor Soto yer alıb.