"Cenoa"nın qapıçısı Federiko Marketti indi iki əlini başına vurur.

2009-2013-cü illər aralığında İtaliya millisində 11 oyun keçirmiş təcrübəli qolkiper "Ferrari"sindən məhrum olub. Səbəbsə özünün yol verdiyi səhvdir.

Offsideplus.az "Corriere della Sera"ya istinadla xəbər verir ki, Marketti iki gün əvvəl 100 min avro dəyərində "Ferrari 812 Superfast" markalı avtomobilini yuduzdurmaq qərarına gəlib. Yuyucu məntəqəsinə yaxınlaşıb, maşını və açarları yuyucuya təhvil verib. Yuyucu oğlan maşını "çiçək" vəziyyətinə salandan sonra onu yaxınlıqdakı idman mərkəzinə sürmək fikrinə düşüb. Sağa-sola baxamdan çıxıb yola. Lakin ünvana çatmaq mümkün olmayıb. Belə ki, sərt döngəyə daxil olanda idarəetmə itirərək dəmir maneələrə və yol kənarındakı maşınlara çırpılıb. Nəticədə maşına ciddi ziyan dəyib.

Qeyd edək ki, 37 yaşlı Federiko 2018-ci ildən "Cenoa"nın şərəfini qoruyur.

Avtomobilin hadisədən sonrakı fotosunu təqdim edirik.

7d5c6485f9bfed804d2fc826a92a846c