Boliviyada maraqlı, bir o qədər də gülməli hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, "Stronqest" - "Nasyonal Potosi" yoldaşlıq oyunu zamanı meydana it daxil olub. Meydanın kənarından hansısa futbolçunun butsunu dişləri arasında alan heyvan irəli-geri var-gəl edib. Bununla sakitləşməyərək butsunu ağzından buraxaraq bir müddət idman ayaqqabısı ilə oynayıb. Futbolçular onu meydandan kənarlaşdırmağa çalışsalar da, heç cür yaşıl sahədən ayrılmaq istəməyib. Nəticədə futbolçulardan biri iti çətinliklə qucağına alaraq "hadisə yerindən" uzaqlaşdırıb.

Bu da həmin görüntünün videosu.