Gənclər və İdman Nazirliyi 2020-ci ildə idman sahəsində fəxri ad alanların sayını açıqlayıb.
Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, idman sahəsində 41 nəfərin fəxri ad aldığı bildirilib.
20 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 12 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 7 nəfər “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adına, 2 nəfər isə “Respublika dərəcəli hakim” adına layiq görülüb.