Sabiq ukraynalı futbolçunun məhkəmə prosesi başa çatıb.

Moskva Şəhər Məhkəməsi keçmiş ukraynalı futbolçunu casusluq ittihamı ilə 12 il həbs cəzasına məhkum edib.

Offsideplus.az xəbər verir ki, Vasili Vasilenko 2019-un oktyabrında, əvvəlcə təhlükəli maddələrin qanunsuz daşınması maddəsi ilə tutulmuşdu. Sonradan Vasilenkonun işi Ukrayna Müdafiə Nazirliyi ilə əlaqəli bir şirkətdə işlədiyi barədə casusluq maddəsinə dəyişdirildi.

Cinayət işinin detalları məlum deyil, çünki materiallar məxfidir və iclaslar qapalı şəraitdə keçirilib. Rusiya mətbuatı Vasilenkonun 1960-cı illərdə hazırlanmış "atəş gücü olmayan", lakin hələ də bir neçə ölkəyə göndərilən bir növ böyük ölçülü avadanlıq əldə etməyə çalışdığını yazır.

Qeyd edək ki, Vasili Vasilenko 1967-ci anadan olub. O, 1992-2001-ci illər aralığında "Tavriya", "Torpedo", "Drujba" kimi komandaların şərəfini qoruyub.