İrlandiya Futbol Assosiasiyası (FAI) milli komandanın baş məşqçisi Stiven Kenniyə qarşı araşdırmalara başlayıb.
Offsideplus.az xəbər verir ki, buna 49 yaşlı mütəxəssisin İngiltərə ilə yoldaşlıq görüşündən öncə futbolçulara rəqib əleyhinə siyasi xarakterli motivasiya videosu nümayiş etdirməsi səbəb olub. Görüntülərdə İngiltərə ilə tarixi münasibətlər əksini tapıb.
Videoçarx futbolçular və məşqçi heyətinə oyun günü - noyabrın 12-də göstərilib.
Qeyd edək ki, yoldaşlıq görüşü İngiltərə millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.