Kriştiano Ronaldonun bacısı Katya Aveiro qardaşı haqqında verdiyi açıqlamalarla günədəmə gəlib.

Offsideplus.az xəbər verir ki, ötən gün Ronaldonun koronavirusa yoluxduğu aşkarlanıb və ulduz futbolçu Portuqaliya yığmasını tərk edərək İtaliyaya dönüb. Portuqaliyalının bacısı Kriştianonun koronavirusa yoluxmasının fırıldaq olduğu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.

"Dünyanı həqiqətən də Ronaldo ayıltmalıdırsa, bu portuqaliyalının Tanrının elçisi olduğunu deməliyəm. Təşəkkür edirəm! İnanıram ki, bu gün pandemiyaya, testlərə və bununla bağı görülən işlərə mənim kimi inanan minlərcə insan bunların ən böyük fırıldaq olduğunu görə biləcək. Bu gün oxuduğum və ayaq üstə alqışlamaq üçün qalxdığım tək cümlə: Bütün dünyanı aldatmağa son verin, xahiş edirəm, kimsə gözlərini açsın artıq!"