"Arsenal”ın yetirməsi olan Tayrel Robinson azyaşlı qızla cinsi əlaqədə olduğunu etiraf edib.
Offsideplus.az xəbər verir ki, "Bredford Siti”də oynayan 22 yaşlı futbolçu məhkəmə önünə çıxarılıb. O, məhkəmədə verdiyi ifadədə günahını boynuna alıb və 14 yaşlı qızla cinsi əlaqədə olduğunu bildirib.
Robinson həm də etiraf edib ki, 2018-ci ildə çılpaq azyaşlının şəklini çəkib və sosial şəbəkədə yerləşdirib. Futbolçunun bu etirafından sonra klubu onunla müqaviləni dərhal pozub.
İş üzrə təqsirləndirilən digər şəxs, 21 yaşlı Korri Berman isə ittihamları qəbul etmir.