FIFA bu il ən yaxşı oyunçunu müəyyənləşdirməyəcək.

Offsideplus.az  "Marca"ya istinadən xəbər verir ki, qurum sentyabrda İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan ən yaxşı futbolçuların mükafatlandırma mərasimi ləğv edib. Buna səbəb koronavirus pandemiyasıdır.

Qeyd edək ki, 2019-cu ildə bu mükafatı Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Lionel Messi alıb.