SOCAR və AFFA-nın prezidenti olan Rövnəq Abdullayev Mübariz Mənsimovun həbsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, "MQTV"yə yazılı açıqlama verən qurum rəsmisi Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə etmək iqtidarında olmadıqlarını qeyd edib:

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR-la əlaqələndirilməsi, daha əvvəl bildirdiyimiz kimi, tam əsassız bir yalandır. Biz məhkəmələrə müdaxilənin mümkün olmasına inanmırıq. SOCAR Mübariz Mənsimovun həbs edilməsinə səbəb olmayıb. Ümumiyyətlə, bu, bizim maraq dairəmizdə deyil. Məhkəmənin ədalətli hökm verəcəyinə inanırıq. Məqsədimiz odur ki, “Palmali” Azərbaycan dövlətinə olan yüz milyonlarla borcu qaytarsın. Ümid edirik ki, Türkiyədə də onun haqqında ədalətli qərarlar veriləcək”.