Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarının əl ilə şərhinə və oyundankənar qaydaların müəyyənləşdirilməsi hallarına bəzi dəyişikliklər edib.

Offsideplus.az xəbər verir ki, Şura topun ələ dəyməsi ilə bağlı yeni hədd müəyyənləşdirib. Əgər top qolun çiyindən aşağı hissəsinə dəyərsə, bu, əllə oyun sayılmayacaq. Top təsadüfən futbolçunun əlinə dəyirsə, bu, o zaman əllə oyun sayılacaq ki, top ya qapıya gedərkən qarşısı alınsın, ya da qol vəziyyəti əngəllənsin.
Oyundankənar vəziyyətin müəyyənləşdirilməsində də dəyişiklik edilib. Yeni qaydalara görə, müdafiə olunan tərəf bilərəkdən əllə oynayırsa və top oyundankənar vəziyyətdə olan hücum edən futboçuya düşürsə, onda o, oyundankənar vəziyyətdə sayılmayacaq.