Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Qauçonun Paraqvay həbsxanasını tərk etdiyi barədə xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki, futbolçu həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Həbsxanada bir ay keçirən futbolçu ordan çıxmaq üçün 1,6 milyon dollar ödəyib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular.