Yeni növ koronavirüs (COVID-19) pandemiyası səbəbi ilə təxirə salınan futbol üzrə ölkə çempionatlarının gələcəyi naməlum olmaqda davam edir.
Offsideplus.az xəbər verir ki, aprel ayının sonuna qədər təxirə salınan liqaların hansı tarixdə oyunlara start verəcəyi sual altında ikən, Belçika Liqası 29-cu həftədə xal durumuna görə çempionatı dayandırmağa hazırlaşır. "Brügge" klubu 16-cı dəfə çempion elan ediləcək.
Türkiyə Super Liqasında çıxış edən "Başakşəhər"in rəhbərlərindən Mustafa Eröyüt "Twitter" hesabından etdiyi paylaşımda Avropa Oyunçular Birliyi və Avropa Peşəkar Futbol Liqaları Birliyindən bu barədə məktub gəldiyini açıqlayıb. Məktubda "Liqaların ən gec İyul - Avqust aylarında davam edəcəyinə inandıqlarını və planladıqlarını, liqalar başa çatmadan nəticələrin qeydə alınmasının doğru qərar olmayacağı və bu qərarın verildiyi ölkələrin klublarının avrokubokların 2020-21 mövsümündə iştirakının şübhəli olcağı" qeyd olunub.
⚽️ Liglerin tamamlanmadan tescil etme kararının doğru olmayacağını,
— Mustafa Erogut (@mustafaerogut) April 2, 2020
⚽️ Ve bu kararı alan ülkelerin takımlarının 2020/21 Uefa müsabakalarına katılmalarının şüpheli olacağını açıkladılar.