"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının ilk matçında İsveçrənin "Bazel" klubu ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda səfərdə rəqibə 6 cavabsız qolla məğlub olub.
Masazır təmsilçisi noyabrın 6-da evdə cavab oyununa çıxacaq.
UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 oktyabr
21:00. "Bazel" (İsveçrə) - "Sabah" (6 - 0)
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Bazel. "St. Yakob Park".