"Neftçi"nin məşqçisinin döyülməsinin səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, U-16 Liqasının yarımfinalında qoldan sonra "Neftçi"nin məşqçisi İsmayıl Məmmədov "Zirə" tribunasını qıcıqlandıran hərəkətlər edib. Azarkeşlər sabiq futbolçudan geri çəkilməsini istəsə də, məşqçi əməl etməyib, azyaşlı tərəfdara yumruq vurub və dava düşüb.
Qeyd edək ki, məşqçi mübahisədən öncə hakim ünvanına söyüş səsləndirdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb və tribunaya yollanıb.
View this post on Instagram