Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, yarımfinala qədər inamla irəliləyən Günay Qurbanova (59 kq) bu mərhələdə ukraynalı rəqibi Mariya Vinnikə 2:6 hesabı ilə məğlub olub.
O, sabah medal uğrunda döyüşəcək.
Qeyd edək ki, qitə çempionatı aprelin 26-na qədər davam edəcək. Azərbaycanın aktivində artıq iki bürünc medal var: İslam Abbasov və Rəşad Məmmədov fəxri kürsünün son pilləsinə qalxmağı bacarıb.


