Gənclər Liqasında 10-cu turdan təxirə salınmış oyun baş tutub.

Offsideplus.az xəbər verir ki, “Sabah”ın U-19 komandası evdə “Zirə” ilə qarşılaşıb. 

“ASK Arena”da keçirilən oyun "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qollara Niyazi Osmanov, Anar Hüseynov və Stefen Ende imza atıblar.

Keçirdiyi 11 oyunun hamısından qələbə ilə ayrılan “Sabah” 33 xalla turnir cədvəlində liderdir.