"Mançester Siti"nin sabiq futbolçusu Benjamin Mendi mətbuata maraqlı etiraf edib.
Offsideplus.az"Sky Sports"a istinadən xəbər verir ki, fransalı oyunçu bunları deyib:
"Pandemiya elan edilən günlərdə bir neçə futbolçu olmaqla, mənim təşkil etdiyim əyləncə məclislərinə qatılırdı. Demək olar ki, hər birimiz spirtli içki içir, qadınlarla vaxt keçirirdik. Bunun müqabilində yalnız mənə klub tərəfindən cəza verilməsi düzgün deyildi".
Qeyd edək ki, Mendi 2017-2023-cü illərdə "Mançester Siti"nin şərəfini qoruyub.