AFFA "Səbail"ə qarşı oyunda etdiyi hərəkətə görə "Kəpəz"in futbolçusu Rauf Əliyevi cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, IV tur qarşılaşmasında hakimləri təhqir edən R.Əliyev birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, yenidən meydançaya daxil olub. Buna görə də o, 5 oyun cəzalandırılıb, "Kəpəz" isə 4 000 manat cərimə olunub.

“Kəpəz”in digər futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cməbləğində cəza verilib.

Qeyd edək ki, həmin oyunda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.