"Barselona"nın və Argentina millisinin sabiq yarımmüdafiəçisi Xavyer Maskerano karyerasını başa vurduğunu açıqlayıb.
Offsideplus.az bununla bağlı futbolçunun son olaraq şərəfini qoruduğu "Estudiantes" klubunun rəsmi saytına istinadla xəbər verir. Xavyer karyerası ilə bağlı düzgün qərar verdiyini söyləyib: “Son vaxtlar Başıma gələnlərdən sonra karyeramı bitirmək zamanının gəldiyini düşündüm. Ən yaxşı getməkdir. Mənə vətənimə qayıtmaq şansı yaradan kluba təşəkkür edirəm".
Xatırladaq ki, 2003-2018-ci illər aralığında Argentina yığmasında 147 oyun keçirmiş Maskerano "Barselona", "Liverpul", "Vest Hem", "River Pleyt" kimi klublarda da çıxış edib