Azərbaycan Premyer Liqasında IX turun “Səbail” – “Sumqayıt” oyunu (2:1) Rauf Əliyev üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, hücumçu Azərbaycan çempionatlarında 60-cı qolunu vurub. Qonaqların qapısına yol tapan forvard Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.