"Hebei China Fortune" klubunun yarımmüdafiəçisi Xavyer Maskerano Argentina millisində rekorda yaxındır.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu İspaniya ilə yoldaşlıq görüşündə meydana çıxsa, adaşı Zanettinin rekorduna yaxınlaşacaq.
"İnter"in sabiq futbolçusu millidə 143 oyun keçirib. Maskeranonun aktivində isə "albiceleste" forması ilə 141 oyun var.