Azərbaycan Premyer Liqasının XIX turunun "Neftçi" - "Səbail" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, qonaqların bərabərlik qoluna əvvəl "Neftçi"də çıxış edən Rauf Əliyev imza atıb.
Oyuna əlavə edilmiş dəqiqələrdə fərqlənən R.Əliyev qoldan sonra etdiyi jestlə sabiq klubuna ismarış göndərib.