“Neftçi” hücumçusu Rauf Əliyevlə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, klub müqaviləyə birtərəfli şəkildə xitam verib.
Qeyd edək ki, Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.


