Lionel Messinin atası Xorxe Messinin vəfatı futbol ictimaiyyətində dərin hüzn doğurub.

Offsideplus.az xəbər verir ki, "Barselona" klubu Messiyə və onun yaxınlarına başsağlığı verib.

Klubun açıqlamasında Xorxe Messinin "Barselona"ya və oğlunun karyerasına göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub.

Argentina milli komandası da Messiyə və ailəsinə dərin hüznlə başsağlığı verib və bu çətin günlərdə onların yanında olduqlarını bildirib.

"Qızıl top" mükafatının təşkilatçıları da Messiyə və ailəsinə başsağlığı ünvanlayıb.

Qeyd edək ki, L. Messinin atası Xorxe Messi 68 yaşında dünyasını dəyişib.