Canni İnfantino UEFA-nın baş katibi vəzifəsində çalışdığı dövrdə qurum onun məşuqəsinə işdən çıxarıldıqdan sonra altırəqəmli məbləğdə kompensasiya ödəyib və onun illik təhsil haqqı 45 min funt-sterlinq olan biznes-məktəbdəki təhsilini maliyyələşdirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
FİFA ittihamları rədd edib, UEFA isə ödənişlərin edildiyini təsdiqləyərək bu addımın "işdən çıxarılan əməkdaşlar üçün nəzərdə tutulan və 2016-cı ildə sərtləşdirilən qaydalara tam uyğun" olduğunu vurğulayıb.


