İspaniya ilə Argentina arasında keçirilən FIFA Dünya Kubokunun finalına dair müvafiq oyun hesabatlarının qiymətləndirilməsindən sonra və FIFA Disiplin Qaydalarının 36-cı maddəsinə əsasən, FIFA Disiplin Komitəsi oyunsonrası hadisələrlə bağlı qaydaların mümkün pozuntularını araşdırmaq üçün Disiplin və Etika Prokuroru təyin edib.
Offsideplus.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "Nyu-York Nyu-Cersi" stadionunda keçirilən final oyununda İspaniya Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempionluğa nail olduqdan sonra meydanda böyük gərginlik yaşanmış və dava düşmüşdü.
Məlumata görə, argentinalı yarımmüdafiəçi Leandro Paredes rəqibin iki futbolçusuna hücum edib. O, İspaniya millisinin üzvü Qavinin boynunu sıxarkən, Rodrinin sinəsinə zərbə endirib. Digər futbolçular və rəsmilərin araya girməsi ilə insidentin daha da böyüməsinin qarşısı alınıb.


