Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında iştirak edə bilməyəcək.

Offsideplus.az Almaniya Futbol İttifaqına istinadən xəbər verir ki, buna səbəb futbolçunun ciddi zədə almasıdır.

L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə zədələnib. Onun əvəzinə "Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqon heyətə cəlb edilib.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-da E qrupunda Kurasao, Fildişi Sahili və Ekvadorla mübarizə aparacaq.