Türkiyənin "Fənərbağça" klubu fransalı futbolçu Nqolo Kanteni heyətinə qatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, oyunçuya 2.5 illik müqavilə təklif olunub. İstanbul təmsilçisi futbolçu ilə müqavilə şərtlərində razılığa gəlib.

Hazırda Kantenin çıxış etdiyi "Əl-İttihad" la yekun danışıqlar aparılır.