Niderland Erediviziyasının 15-ci turunda "Ayaks" "Sparta"nı 2:1 hesabı ilə məğlub edib. 

"Offsideplus.az" xəbər verir ki, bu nəticə ilə Amsterdam təmsilçisi 5-ci pilləyə yüksəlib. Noyabrın əvvəlində "Ayaks" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdı. Bukmeker kontorları komandanın liqanı tərk edəcəyini düşünürdü. Hətta bununla bağlı mərclər də qəbul olunurdu. Hazırda Niderland şirkətləri bu variantı qəbul etmirlər. Lakin "Ayaks"ın çempionluq əmsalı 100.00-ə bərabərdir.

Niderland kontorları PSV-nin çempion olacağını düşünür. Eyndhoven təmsilçisi qəbələ əmsalı 1,05-dir.