2026-cı ildə keçiriləcək Dünya çempionatının (DÇ) Avropa zonası üzrə seçmə oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 6 matç gerçəkləşib.
Açılış turu əsasən "cırtdan ölkə" təmsilçilərinin məğlubiyyəti ilə yadda qalıb. Yeganə gözlənilməz nəticə Rumıniyada qeydə alınıb.
D qrupunda qərarlaşan Azərbaycan milli komandası mübarizəyə gec qoşulacaq. Ukrayna, İslandiya və Fransa-Xorvatiya cütünün qalibi ilə rəqib olan yığmamız seçmə mərhələdə birinci matçına bu ilin sentyabrında çıxacaq.
DÇ-2026, Avropa seçmə mərhələsi
21:00 Kipr - San-Marino 2:0
23:45 Andorra - Latviya 0:1
23:45 İngiltərə - Albaniya 2:0
23:45 Malta - Finlandiya 0:1
23:45 Polşa - Litva 1:0
23:45 Rumıniya - Bosniya və Herseqovina 0:1