Azərbaycan milli komandası Haitinin futbol tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, bu gecə Sumqayıtda keçirilən yoldaşlıq görüşü haitililər üçün xüsusi əhəmiyyət kəsb edib.

Belə ki, qonaqlar ölkəmizdə Haiti futbolunun 100 illiyini qeyd ediblər. Haiti yığması tarixdə ilk oyununu 22 mart 1925-ci ildə Yamaykaya qarşı keçirib və 1:2 hesabı ilə uduzub.

Yığmamız isə haitililərin bayram əhval-ruhiyyəsini korlamayaraq, onlara 3:0 hesablı qələbə "bağışlayıblar".

Qeyd edək ki, hazırda FIFA-nın reytinq cədvəlində 86-cı pillədə qərarlaşan Haiti milli komandasının ən böyük uğuru CONCACAF çempionatında 1 dəfə qızıl, 2 dəfə gümüş medallara yiyələnməsidir. Sözügedən yığma tarixində cəmi 1 dəfə dünya çempionatının final mərhələsində mübarizə aparıb. 1974-cü ildə Almaniyada keçirilən yarış zamanı Haiti kollektivi keçirdiyi hər 3 görüşdə məğlub olub. Komandanın DÇ-2026-nın final mərhələsinə düşmək üçün real şansı var.

BU DA MARAQLIDIR:

Sumqayıtda qeyri-adi olay: baş məşqçi tərcüməçiyə çevrildi