"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal İranda ilk uğruna imza atıb.

Offsideplus.az xəbər verir ki, hazırda "Persepolis"i çalışdıran təcrübəli mütəxəssis mart ayının ən yaxşı baş məşqçisi seçilib. 

"Persepolis" İ. Kartalın rəhbərliyi altında 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə edib.

Türkiyəli çalışdırıcının komandası 47 xalla İran çempionatında 2-ci yerdədir.