"Yuventus" klubunda Tiaqo Mottanın dönəmi bitmək üzrədir.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 42 yaşlı mütəxəssisi vəzifəsindən azad etmək istəyir. Onu əvəzləyəcək bir nömrəli namizəd İqor Tüdordur. Tüdor artıq klubla iyun ayınadək razılıq əldə edib. Müqavilənin müddəti 2026-cı ilə qədər də uzadıla bilər.
Qeyd edək ki, xorvatiyalı mütəxəssisin son klubu "Latsio" olub.
"Qoca Sinyora" hazırda turnir cədvəlində 29 turdan sonra 52 xalla 5-ci yerdə qərarlaşıb.