"Barselona" və İspaniya yığmasının üzvü Ansu Fatinin transfer dəyəri ucuzlaşmaqda davam edir.
Offsideplus.az xəbər verir ki, son açıqlanan siyahıda 22 yaşlı hücumçunun transfer hüquqları 10 milyondan 5 milyon avroya düşüb.
Beləliklə, bu göstərici 4 il əvvəllə müqayisədə 75 milyon avro ucuzlaşıb. 2021-ci ildə Fatini heyətinə cəlb etmək istəyən klub 80 milyon avro ödəməli idi.
Transfer dəyərinin aşağı düşməsinin bir səbəbi var: futbolçunun nadir hallarda meydançaya çıxması. Fati cari mövsüm "Barselona"da cəmi 8 matç keçirib. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.