Məhəmməd Salah bu yay "Liverpul"dan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, misirli futbolçunun klubla müqaviləsi başa çatır. Tərəflər arasında yeni sözləşmə üçün anlaşma hələ də yoxdur.

Əgər Salah komandadan ayrılsa, "qırmızılar" onun yerinə Ademola Lukmanı transfer etməyi planlaşdırır.

Lukman 3 mövsümdür "Atalanta"da çıxş edir. O, bu sezon 32 oyuna 18 qol vurmağı bacarıb.